Azərbaycan beynəlxalq festivalda "Qırmızı" filmi ilə təmsil olunacaq

Azərbaycan beynəlxalq festivalda "Qırmızı" filmi ilə təmsil olunacaq Sentyabrın 19-24-də XXVI Samara Beynəlxalq “Kino-detyam”(“Кино-детям”) Festivalı keçiriləcək.
İncəsənət
173
7 Sentyabr , 2021 17:37
Azərbaycan beynəlxalq festivalda Qırmızı filmi ilə təmsil olunacaq

Sentyabrın 19-24-də XXVI Samara Beynəlxalq “Kino-detyam”(“Кино-детям”) Festivalı keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, Azərbaycan festivala AKİ İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviçin “Qırmızı” filmi ilə qatılıb.

Qeyd edək ki, “Qırmızı” filmi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir.

Festivalda həmçinin Rusiya, Belarus, Norveç, İsveç, İtaliya, Koreya Respublikası da öz filmləri ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi