Azərbaycan Aşıqlar Birliyinə sədr seçilib

Azərbaycan Aşıqlar Birliyinə sədr seçilib Bakı. 28 sentyabr. REPORT.AZ/ Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib.
İncəsənət
28 Sentyabr , 2018 14:13
Azərbaycan Aşıqlar Birliyinə sədr seçilib
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib.

"Report" xəbər verir ki, qurultayda Məhərrəm Qasımlı Aşıqlar Birliyinin növbəti müddətə sədri seçilib.

Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya ixtisasını bitirib.

1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.

Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.

Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb.

Son xəbərlər

Orphus sistemi