Aşıq Ədalətlə vida mərasimi sabah oğlunun evində keçiriləcək

İncəsənət
  • 14 sentyabr, 2017
  • 15:06
Aşıq Ədalətlə vida mərasimi sabah oğlunun evində keçiriləcək
Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasiminin keçiriləcəyi yer dəqiqləşib. 

Bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib. 

O qeyd edib ki, mərhumla vida mərasimi sabah saat 12:00-da oğlunun evində baş tutacaq: "Aşıq Ədalət vida mərasimindən sonra Bakıdakı qəbiristanlıqlardan birində dəfn olunacaq. Hələlik dəfnin yeri ilə bağlı məsləhətləşmələr aparılır".

44 filmi