Amerikalı məşhur aktyor Gürcüstana aid unikal rəsmi 40 min dollara alıb

Amerikalı məşhur aktyor Gürcüstana aid unikal rəsmi 40 min dollara alıb Məşhur amerikalı aktyor Cim Kerri Gürcüstanın Tsxaltubo sanatoriyasında baxımsız palatanın təsviri olan hərəkətli NFT rəsmini alıb
İncəsənət
3 İyun , 2022 12:46
Amerikalı məşhur aktyor Gürcüstana aid unikal rəsmi 40 min dollara alıb

Məşhur amerikalı aktyor Cim Kerri Gürcüstanın Tsxaltubo sanatoriyasında baxımsız palatanın təsviri olan hərəkətli NFT rəsmini alıb.

“Report”un yerli bürosu xəbər verir ki, komediya aktyoru “Devotion” (Sədaqət) adlı virtual surət üçün təqribən 40 min ABŞ dolları dəyərində kriptovalyuta ödəyib.

Virtual əsəri rəssamlar Rayan Kupmans və Elis Veksell yaradıb. Onlar sanatoriyanın palatasını ağac, gül və otun bitdiyi çiçəklənən məkana çeviriblər.

C.Kerri tviter hesabında təbiətin incə transformasiyasının təsvirinə görə müəlliflərə təşəkkür edib. Aktyor “Devotion” əsərinin əldə etdiyi ilk NFT rəsmi olduğunu yazıb.

Qeyd edək ki, NFT son zamanlar incəsənət aləmində böyük populyarlıq qazanmış müxtəlif unikal predmet və art-obyektlərin virtual surətidir.

Son xəbərlər

Orphus sistemi