Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün məşhur amerikalı aktyor, kinorejissor, ssenarist və prodüser Tom Henks 60 illik yubileyini qeyd edir.
"Report"un məlumatına görə, T.Henks "Forrest Qamp", "Sıravi Tayanı xilas etmək", "Təcrid olunmuş" və digər bədii filmlərlə tamaşaçıların yaddaşında iz qoyub.
O, məhz "Filadelfiya" (1994) və "Forrest Qаmp" (1995) bədii filmlərində ifa etdiyi baş rollara görə "Oskar" mükafatına layiq görülüb. Bununla da T.Henks dünya kinematoqrafiyası tarixində iki il ard-arda bu mükafatı alan iki aktyordan biridir.