O, kitabın hər səhifəsində qızıl vərəqlərdən istifadə edərək, yaratdığı əsərdə Osmanlı dövrünə aid bir sıra sənət nümunələrinə də yer ayırıb.
Qeyd edək ki, təbii çiçəklərlə bəzədilən səhifələrdəki mərci dənələrinin üzərində gubari xətt sənəti ilə Allahın adlarının yazıldığı miniatür əsər ancaq lupa vasitəsilə oxuna bilir. Kitab Mövlanənin vəfatının 741-ci ildönümü çərçivəsində təşkil olunan beynəlxalq sərgidə nümayiş olunur. 36 ildir bu sənətlə məşğul olan 50 yaşlı heykəltəraş keçən il də Mövlanənin anma mərasimləri çərçivəsində dünyanın ən kiçik "Qurani-Kərimi"ni nümayiş etdirmişdi.