Alim Qasımov Londonda konsert verəcək

Alim Qasımov Londonda konsert verəcək Konsert proqramı iyulun 14-də keçiriləcək
İncəsənət
1 Fevral , 2016 12:26
Alim Qasımov Londonda konsert verəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova iyulun 14-də Londonda konsert verəcək.

Bunu "Report"a açıqlamasında xanəndənin prodüsseri Səadət Möhübova bildirib.

Konsertdə A.Qasımov və F.Qasımovanı balabanda Rəfael Əsgərov, kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev müşayiət edəcək. Xanəndələr konsert proqramında Azərbaycan muğamları və təsnifləri ilə yanaşı, xalq və bəstəkar mahnılarını ifa edəcəklər. 

Konsertdə Tacikistandan olan musiqiçi Sirocəddin Jurayev də A.Qasımovun ansamblı ilə birlikdə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi