Akademik Milli Dram Teatrı Biləcəridə tədbir keçirib

Akademik Milli Dram Teatrı Biləcəridə tədbir keçirib 20 Yanvar şəhidləri "Güllə yağışı" abidəsi qarşısında anılıb
İncəsənət
220
19 Yanvar , 2015 11:40
Akademik Milli Dram Teatrı Biləcəridə tədbir keçirib

Bakı. 19 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Biləcəridə "Güllə yağışı" abidəsi qarşısında toplantı təşkil edilib.

"Report" xəbər verir ki, tədbir Akademik Milli Dram Teatrı və Binəqədi rayon İcra Hakimiyyətinin təşkiilatçılığı ilə baş tutub.

Milli Dram Teatrının aktyorları əməkdar artist Sabir Məmmədov və aktrisa Şəhla Əliqızının iştirak etdiyi ədəbi-bədii tədbirdə 20 Yanvarla bağlı şerlər səslənib, Binəqədi rayonunun Mədəniyyət Mərkəzi kollektivinin üzvləri insrtumental musiqilər təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi