Ağdam teatrı yeni mövsümü "Günahsızlar"la açacaq, ilk tamaşaçılar hərbçilər olacaq

Ağdam teatrı yeni mövsümü "Günahsızlar"la açacaq, ilk tamaşaçılar hərbçilər olacaq Ağdam Dövlət Dram Teatrı yeni mövsümü 15 oktyabr  12:00-da Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanmış tamaşa ilə açacaq.
İncəsənət
11 Oktyabr , 2021 10:51
Ağdam teatrı yeni mövsümü Günahsızlarla açacaq, ilk tamaşaçılar hərbçilər olacaq

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü oktyabrın 15-də şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açacaq.

Bunu "Report"a açıqlamasında teatrın direktoru Məhəmməd Hüseynov deyib.

Onun sözlərinə görə, ilk tamaşanı hərbçilər üçün təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur. Rolları Əməkdar artist Fəqumə Yusifova, Kərim Həsənov, Elmir Hümmətov, Elşən Cavadov, Afaq Əliyeva, Xəyalə Xudadatova, Afəridə Əhmədova, Ülviyyə Qasımova, Zöhrab İmamalıyev, Fərhad Fərhadzadə, Qalib Abdullazadə və Səda İbrahimov ifa edəcəklər.

Direktor həmçinin qeyd edib ki, repertuar planına əsasən, hər 3 ayda bir yeni tamaşa hazırlanır: "2021-ci ilin 4-cü rübü oktyabr, noyabr, dekabrdır. Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən teatrımızda 4-cü rübdə Əbdülrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" əsəri hazırlanmalıdır. Tamaşanın quruluşçu rejissoru Səbuhi Əhmədovdur”.

M.Hüseynovun sözlərinə görə, teatr kollektivi ilə Ağdam şəhərində - teatrın binasının qalıqları qarşısında kompozisiya göstərmək planlaşdırılır: "Bunun üçün Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması əsasında kompozisiya hazırlamışıq”.

Son xəbərlər

Orphus sistemi