Yuval Harari: “Süni intellekt hələ inkişaf mərhələsindədir”
İKT
- 02 oktyabr, 2023
- 09:11
İnsanlar tərəfindən yaradılmış süni intellekt hələ inkişafının çox erkən mərhələsindədir.
“Report” xəbər verir ki, bunu israilli hərbi tarixçi, mediyevist, “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.
“Bizim yaratdığımız süni intellekt insan intellektindən istifadə etməyərək məlumatları emal edir, qərarlar qəbul edir və tamamilə yeni ideyalar yaradır. Süni intellekt bir çox məsələlərin həllində bizdən daha üstündür”, - o qeyd edib.
Y.Harari vurğulayıb ki, hazırda “amöb” vəziyyətində olan süni intellektin inkişafı o qədər də ləng getmir: “Onu yeni səviyyəyə çatdırmaq üçün cəmi bir neçə onillik lazım olacaq”.
Son xəbərlər
05:13
ABŞ-nin yanacaqdoldurma təyyarələri İran sərhədləri yaxınlığında uçuşlar həyata keçirir
Digər ölkələr04:47
Oman və İran Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa edə bilərlər
Digər ölkələr04:18
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
Digər ölkələr03:42
Fransa polisi terror aktı hazırlığı işi üzrə altı nəfəri saxlayıb
Digər ölkələr03:34
Tramp İranı hədələyib
Digər ölkələr03:16
Böyük Britaniya NATO-nun yeni müdafiə bankına qoşula bilər
Digər ölkələr02:58
Foto
Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb
Hadisə02:45
Amerika şirkətləri daha ucuz süni intellekt modellərinə keçirlər
İKT02:18