“YouTube” iyunda Azərbaycandakı bazar payının 32 %-ni itirib

İKT
  • 02 iyul, 2024
  • 14:01
“YouTube” iyunda Azərbaycandakı bazar payının 32 %-ni itirib

Bu ilin iyun ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 36,55 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 1,20 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 6 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı müvafiq olaraq 5,88 faiz bəndi və 4,33 faiz bəndi artaraq 24,44 %-ə çatıb.

Növbəti yerdəki “Pinterest”in bazar payı müvafiq olaraq 2,38 faiz bəndi azalaraq və 6,74 faiz bəndi artaraq 18,28 % olub.

Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 4,67 faiz bəndi və 4,31 faiz bəndi azalaraq 9,9 % düşüb. Nəticədə “YouTube” ötən ay ərzində bazar payının 32 %-ni itirib.

İlk beşliyi 5,66 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı may ayına nisbətən 0,66 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,93 faiz bəndi azalıb.

44 - Tezliklə