“YouTube” bir ildə Azərbaycandakı bazar payının 34 %-ni itirib
- 05 mart, 2024
- 12:52
Bu ilin fevral ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 32,01 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvara nisbətən 5,16 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 7,53 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı müvafiq olaraq 8,75 faiz bəndi artaraq və 1,47 faiz bəndi azalaraq 27,07 %-də qərarlaşıb.
Növbəti yerdəki “Pinterest”in bazar payı müvafiq olaraq 5,35 faiz bəndi azalaraq və 1,69 faiz bəndi artaraq 14,64 % olub.
Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 2,21 faiz bəndi artaraq və 7,99 faiz bəndi azalaraq 15,5 % təşkil edib. Bununla da platforma son bir ildə bazar payının 34 %-ni itirib.
İlk beşliyi 6,45 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı yanvara nisbətən 0,41 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,28 faiz bəndi azalıb.