“YouTube” Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib
- 03 aprel, 2024
- 09:10
Bu ilin mart ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 35,19 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevrala nisbətən 3,18 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,52 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı müvafiq olaraq 7,53 faiz bəndi və 6,77 faiz bəndi artaraq 34,6 %-ə çatıb.
Növbəti yerdəki “Pinterest”in bazar payı müvafiq olaraq 1,52 faiz bəndi və 0,60 faiz bəndi azalaraq 13,12 % olub.
Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 6,76 faiz bəndi və 9,24 faiz bəndi azalaraq 8,74 % təşkil edib. Bununla da platforma son bir ildə bazar payının 51,4 %-ni itirib.
İlk beşliyi 5,26 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı fevrala nisbətən 1,19 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,26 faiz bəndi azalıb.