“Yahoo” Azərbaycandakı bazar payının 31 %-ni itirib

İKT
  • 02 avqust, 2024
  • 12:06
“Yahoo” Azərbaycandakı bazar payının 31 %-ni itirib

Bu ilin iyul ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 90,64 %-ə enib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 0,42 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2 faiz bəndi azdır.

İkinci pillədəki “Yandex”in bazar payı müvafiq olaraq 0,38 faiz bəndi və 1,47 faiz bəndi artaraq 7,55 % olub.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı müvafiq olaraq 0,02 faiz bəndi və 0,69 faiz bəndi artaraq 1,26 %-ə çatıb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən dəyişməz qalaraq, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,13 faiz bəndi azalaraq 0,29 % təşkil edib. Nəticədə axtarış sistemi bir il əvvəlki dövrlə müqayisədə bazar payının 31 %-ni itirib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı müvafiq olaraq 0,01 faiz bəndi və 0,04 faiz bəndi azalaraq 0,18 % olub.

Son xəbərlər

Bütün Xəbər Lenti