Xüsusi karantin rejimi günlərində bəzi poçt şöbələri işləməyəcək

Xüsusi karantin rejimi günlərində bəzi poçt şöbələri işləməyəcək Nazirlər Kabinetinin 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar qərarına uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri fəaliyyət göstərməyəcək.
İKT
13 İyun , 2020 11:55
Xüsusi karantin rejimi günlərində bəzi poçt şöbələri işləməyəcək

Nazirlər Kabinetinin 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar qərarına uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri fəaliyyət göstərməyəcək.

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 14-15 iyun tarixlərində xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi