XRİTDX: "Azərbaycanda elektron poçtun 8 %-i zərərverici tərkibli olması səbəbindən bloklanıb"

XRİTDX: "Azərbaycanda elektron poçtun 8 %-i zərərverici tərkibli olması səbəbindən bloklanıb" Bu ilin birinci yarısında Dövlət Elektron Poçt Xidməti üzrə 16 milyon 993 min elektron poçt emal olunub və bunun 1 milyon 416 mini və ya 8 %-i zərərverici tərkibli olması səbəbindən bloklanıb.
İKT
23 Sentyabr , 2023 12:56
XRİTDX: Azərbaycanda elektron poçtun 8 %-i zərərverici tərkibli olması səbəbindən bloklanıb

Bu ilin birinci yarısında Dövlət Elektron Poçt Xidməti üzrə 16 milyon 993 min elektron poçt emal olunub və bunun 1 milyon 416 mini və ya 8 %-i zərərverici tərkibli olması səbəbindən bloklanıb.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında "Görülən işlər, yeniliklər və gələcək planlar" adlı təqdimatında deyib.

O bildirib ki, emal olunan elektron poçtlardan 15 milyon 577 mini və ya 92 %-i isə istifadəçilərə çatdırılıb: "Digər illər üzrə də zərərverici tərkibli elektron poçtlar təxminən 8-10 % arasında dəyişir ki, bu da hər 10 elektron poçtdan birinin zərərverici tərkibli olması deməkdir. Bu ciddi bir rəqəmdir və xahiş edirəm ki, qurumdaxili bu istiqamətdə maarifləndirmə tədbirləri gücləndirilsin. Çünki ən çox kiberhücumlar elektron poçt vasitəsilə göndərilən linklərlə edilir".

Son xəbərlər

Orphus sistemi