"WhatsApp" üzərindən zənglər "Windows Phone" üçün də aktivləşdirilib

"WhatsApp" üzərindən zənglər "Windows Phone" üçün də aktivləşdirilib "Android" və "iOS" istifadəçiləri üçün xidmət apreldə təqdim olunub
İKT
26 İyun , 2015 10:19
WhatsApp üzərindən zənglər Windows Phone üçün də aktivləşdirilib

Bakı. 26 iyun. REPORT.AZ/ İnteraktiv mesajlaşma tətbiqi olan “WhatsApp” zəng xidmətini “Windows Phone” istifadəçiləri üçün də aktiv edib.

“Report” Türkiyə mediasına istinadən bildirir ki, “WhatsApp” zəng xidməti apreldə “Android” istifadəçiləri, ardından da “iOS” istifadəçilərinin istifadəsinə verilib. “Windows Phone 8” və sonrakı əməliyyat sisteminə sahib olan cihazlar “WhatsApp”ın mövcud versiyasını yeniləməklə yeni xidmətdən istifadə edə bilərlər.

Qeyd edək ki, “WhatsApp” zəng xidməti istifadəçinin telefonundakı danışıq paketində olan dəqiqələri deyil, internet paketinin balansından istifadə edir. Simsiz şəbəkə üçün isə bütün digər sistemlərdə olduğu kimidir, istifadəçilər şəbəkəyə qoşulduqdan sonra xidmətdən istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi