“Whatsapp” istifadəçiləri sonuncu dəfə onlayn olduqları vaxtı gizlədə biləcəklər

“Whatsapp” istifadəçiləri sonuncu dəfə onlayn olduqları vaxtı gizlədə biləcəklər Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - “Whatsapp” yeni funksiyasını təqdim edib.
İKT
10655
7 Sentyabr , 2021 15:26
“Whatsapp” istifadəçiləri sonuncu dəfə onlayn olduqları vaxtı gizlədə biləcəklər

Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - “Whatsapp” yeni funksiyasını təqdim edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə sonuncu dəfə onlayn olduqları vaxtı gizlətməyə imkan verəcək.

Bu zaman kimlərdən gizlənməyi istifadəçilər özləri seçəcəklər. Bunun üçün menyuda 4 bölmə - “Everyone” (hər kəs), “My contacts” (mənim kontaktlarım), “My contacts except” (mənim kontaktlarım istisna olmaqla) və “Nobody” (heç kim) əlavə edilib.

Yeni funksiya ilk öncə "iOS" əməliyyat sistemində aktivləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi