Vüsal Şıxəliyev: "Rəqəmsal İdarəetmə Platforması şəffaflığı daha da artırmağa imkan verəcək"

Vüsal Şıxəliyev: "Rəqəmsal İdarəetmə Platforması şəffaflığı daha da artırmağa imkan verəcək" Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının yeni Rəqəmsal İdarəetmə Platforması müasir çağırışlara cavab verən adekvat ekosistemin yaradılması məqsədilə ərsəyə gəlib.
İKT
24 Fevral , 2023 11:16
Vüsal Şıxəliyev: Rəqəmsal İdarəetmə Platforması şəffaflığı daha da artırmağa imkan verəcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının yeni Rəqəmsal İdarəetmə Platforması müasir çağırışlara cavab verən adekvat ekosistemin yaradılması məqsədilə ərsəyə gəlib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.

"Bu platforma maraqlı tərəflərin aktiv və koordinasiyalı iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılmasını, müxtəlif kommunikasiya kanallarının vahid rəqəmsal platforma ilə əvəz olunmasını, potensial islahat sahələrinin analitik innovativ alətlər vasitəsilə avtomatik müəyyən edilməsini təmin edəcək", - V. Şıxəliyev bildirib.

O, qeyd edib ki, Rəqəmsal İdarəetmə Platforması həmçinin Komissiyanın fəaliyyətinin səmərəliliyini, çevikliyini və proseslərin şəffaflığını daha da artırmağa imkan verəcək:

"Eyni zamabda digər yeni innovativ alət kimi "E-iştirakçılıq Platforması" da qanunvericilik təşəbbüslərində elektron iştirakı təmin edəcək yeni platforma Komissiyanın işçi qrupları ilə interaktiv əlaqənin yaradılmasını, biznes sahələri üzrə hazırlanan layihələrə elektron platforma üzərindən münasibət bildirilməsini mümkün edəcək".

Son xəbərlər

Orphus sistemi