Türkiyəyə yardım göndərmək istəyənlər “Azərpoçt”un bütün şöbələrindən istifadə edə bilər

Türkiyəyə yardım göndərmək istəyənlər “Azərpoçt”un bütün şöbələrindən istifadə edə bilər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bütün poçt şöbələrində Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bu ölkəyə yardım etmək istəyən şəxslərə şərait yaradıb.
İKT
8 Fevral , 2023 17:32
Türkiyəyə yardım göndərmək istəyənlər “Azərpoçt”un bütün şöbələrindən istifadə edə bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bütün poçt şöbələrində Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bu ölkəyə yardım etmək istəyən şəxslərə şərait yaradıb.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Bildirilir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pul köçürmələri etmək istəyənlər heç bir komissiya ödəmədən istənilən poçt şöbəsində bu əməliyyatı icra edə bilərlər.

“Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli Mərkəzi Poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər.

Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik”, - deyə açıqlamada deyilir.

Son xəbərlər

Orphus sistemi