Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”

Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir” “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
İKT
26 May , 2022 12:28
Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”
Mustafa Varank

“TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimində çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

"Hər il “TEKNOFEST” sahəsinə daxil olduqda yaşadığım o həyəcan, o xoşbəxtliyi bu gün bir daha yaşayıram. Sizin yerinizə olsaydım burada yatıb, burda durardım. Hər bir təyyarəni, hər bir texnologiyanı tək-tək araşdırardım. Tədbirin belə möhtəşəm keçirilməsinə görə, hər iki ölkənin prezidentinə və dəstək verən hər bir şəxsə təşəkkür edirəm. Vaxtilə bizə texnika satmaqdan imtina edənlər, bu gün bizim qəhrəmanlarımızın hazırladığı ən son zərbə pilotsuz uçuş aparatları (PUA) almaq üçün növbəyə durublar”, - M. Varank bildirib.

Nazir qeyd edib ki, “TEKNOFEST Azərbaycan”a qoşulmaq üçün 1 000-dən çox komanda, 6 000-dən çox iştirakçı müraciət edib: “Onların xoşbəxtliyi odur ki, qalibləri şəxsən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mükafatlandıracaq".

Son xəbərlər

Orphus sistemi