Türkiyə Azərbaycana fərdi məlumatların mühafizəsinə dair mexanizmlərin hazırlanmasında dəstək verəcək

Türkiyə Azərbaycana fərdi məlumatların mühafizəsinə dair mexanizmlərin hazırlanmasında dəstək verəcək Azərbaycan Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, "Fərdi məlumatlar haqqında" qanunun tətbiq mexanizmlərinin hazırlanması istiqamətində müzakirə aparıb.
İKT
11 Yanvar , 2024 16:01
Türkiyə Azərbaycana fərdi məlumatların mühafizəsinə dair mexanizmlərin hazırlanmasında dəstək verəcək

Azərbaycan Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, "Fərdi məlumatlar haqqında" qanunun tətbiq mexanizmlərinin hazırlanması istiqamətində müzakirə aparıb.

“Report” Elektron Təhlükəsizlik Xidmətinə (ETX) istinadən xəbər verir ki, müzakirələr ETX-nin rəisi Samir Rəsulovun Türkiyənin Fərdi Məlumatların Mühafizəsi Qurumunun rəhbəri Faruk Bilirlə görüşü zamanı baş tutub.

Tərəflər həmçinin sahə üzrə kadr potensialının artırılması və cəmiyyətin maarifləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə edərək, qeyd olunan istiqamətlər üzrə məsul qurumların birgə həyata keçirəcəyi tədbirləri müəyyən ediblər.

Son xəbərlər

Orphus sistemi