Tural Məmmədov: “7 ayda 1 milyondan çox elektron məktub bloklanıb”

Tural Məmmədov: “7 ayda 1 milyondan çox elektron məktub bloklanıb” Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 14 milyon legitim elektron məktub (mail) emal olunub, 1 milyondan çox zərərverici kontentli məktub isə bloklanıb.
İKT
3 Oktyabr , 2022 17:44
Tural Məmmədov: “7 ayda 1 milyondan çox elektron məktub bloklanıb”

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 14 milyon legitim elektron məktub (mail) emal olunub, 1 milyondan çox zərərverici kontentli məktub isə bloklanıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik sammiti"ndə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, göndərilən elektron məktubların 10%-ə qədəri legitim olmayıb: "Bu da fişinq hücumlarının nə qədər yayğın olduğun göstərir. Ən çox baş verən hücumlar içərisində fişinq hücumlarının xüsusi yeri var. Azərbaycanın gov.az domeninə uyğun olaraq ki, biz ölkə üzrə ona oxşar 40-a yaxın domenin bloklanmasına nail olmuşuq. Onları kiber kəşfiyyat vasitəsi ilə öncədən müəyyən etmişik.

Eyni zamanda 400-dən artıq xüsusi APT (An Advanced Persistent Threat – İnkişaf etdirilmiş davamlı təhlükə) hücumları bloklamışıq. Buradan belə nəticəyə gəlinir ki, fişinq hücumları heç də sadə hücumlar deyil. Bunlar dövlət qurumlarına yönəlmiş hədəfli hücumlardır. Onlar sadə fişinq deyil, APT hücumların başlanğıc formasıdır”.

Son xəbərlər

Orphus sistemi