Son bir ayda "Bakcell" ölkə ərazisində 50-dən artıq yeni baza stansiyası quraşdırıb

Son bir ayda "Bakcell" ölkə ərazisində 50-dən artıq yeni baza stansiyası quraşdırıb ​"Bakcell" şirkəti 4G stansiyalarının sayını 1 000-ə çatdırmağı planlaşdırır
İKT
30 Sentyabr , 2015 17:24
Son bir ayda Bakcell ölkə ərazisində 50-dən artıq yeni baza stansiyası quraşdırıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Son bir aya yaxın müddət ərzində "Bakcell" şirkəti ölkə ərazisində ən müasir və innovativ texnologiyaları tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub. Hazırda “Bakcell”in 2G stansiyalarının sayı 2 961, 3G stansiyalarının sayı 2 018 və 4G stansiyalarının sayı isə 373-dür. Növbəti 6 ay ərzində "Bakcell" şirkəti 4G baza stansiyalarının sayını 1 000-ə çatdırmağı planlaşdırır.

Şirkətdən "Report"a verilən məlumata görə, baza stansiyalarının sayındakı artım öz növbəsində şəbəkənin əhatə dairəsini, həcmini və keyfiyyətini artıraraq daha yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.

Bununla yanaşı, 2015-ci ildə Azərbaycan ərazisində müstəqil şəkildə aparılan müxtəlif sınaq testlərinin nəticələrinə əsasən, "Bakcell" şirkəti bazarda şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi sahəsindəki üstünlüyünü qoruyub saxlayır. Bu ilin II rübündə aparılan mobil şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, "Bakcell" yüksək keyfiyyətli səs rabitəsi, sabit internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. 3G şəbəkəsində 42 Mbit/saniyə qədər sürətə nail olmaqla şirkət "DC-HSPA" və "HSPA+" texnologiyalarında ən yüksək penetrasiya göstəriciləri nümayiş etdirir.

“Mobil rabitə istifadəçilərinin rəqiblərimizin xidmətindən imtina edərək bizim şəbəkəmizə qoşulması “Bakcell”in təklif etdiyi yüksək keyfiyyətlə sərfəli qiymət arasındakı balansın nəticəsidir. Biz yüksək qiymət müqabilində keyfiyyətsiz mobil rabitə xidməti təklif edən operatorlardan fərqli olaraq, hər zaman daha sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik və göstərdiyimiz xidməti daha da təkmilləşdirmək üçün ən üstün şəbəkə qurmağa davam edirik”, - "Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib.

Şirkətin xüsusilə smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş aparıcı 4G şəbəkəsinə qoşulan abunəçilərin, o cümlədən rouminq istifadəçilərinin sayı günbəgün artmaqdadır. "Bakcell" ölkənin daxili və xaricində 4G rouminq xidmətləri göstərən yeganə mobil operatordur.

Son xəbərlər

Orphus sistemi