Şahmar Mövsümov: "Azərbaycanda startapların sayı 3 dəfə artıb"

Şahmar Mövsümov: "Azərbaycanda startapların sayı 3 dəfə artıb" Azərbaycanda bu il startapların sayı ötən illə müqayisədə 3 dəfə çoxdur.
İKT
30 Noyabr , 2023 10:20
Şahmar Mövsümov: Azərbaycanda startapların sayı 3 dəfə artıb

Azərbaycanda bu il startapların sayı ötən illə müqayisədə 3 dəfə çoxdur.

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"ndə bildirib.

"Azərbaycan müxtəlif yolların kəsişməsində yerləşir və ölkəmizin çox zəngin mədəni tarixi var. Bu gün biz tərəqqi üçün bir yol yaratmaqdayıq. Azərbaycanın innovasiyaların öncüllüyündə dərin tarixi var. 1847-ci ildə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neft quyusu qazılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vacib islahatlar həyata keçirib. Biz innovasiyalarda tərəfdaş qismində də çıxış edirik. Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail olmuşuq. Bizim tərəfdaşlığımız dayanıqlı iqtisadi artımın gücləndirilməsinə yönəlib. Prezidentin təsdiq etdiyi "Azərbaycan 2030" vizyonunda dayanıqlı sosial iqtisadi inkişaf üçün kompleks planlar nəzərdə tutulub. Bizim məramımız neft əsaslı iqtisadiyyatdan şaxələndirilmiş və inkluziv iqtisadiyyata keçiddir. Bunu isə innovasiyalar vasitəsilə etməliyik. Son illər texnologiya parklarına verilən güzəştlər də yerli startapların və texnoloji şirkətlərin fəaliyyətinin təmin edilməsi üçün əlverişli şərait yaradıb", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi