Rəşad Nəbiyev: “Rəqəmsallaşma istiqamətində vəziyyət arzuolunan kimi deyil”

Rəşad Nəbiyev: “Rəqəmsallaşma istiqamətində vəziyyət arzuolunan kimi deyil” Azərbaycanda rəqəmsallaşma istiqamətində vəziyyət arzu olunan səviyyədə deyil.
İKT
28 Aprel , 2022 11:18
Rəşad Nəbiyev: “Rəqəmsallaşma istiqamətində vəziyyət arzuolunan kimi deyil”

Azərbaycanda rəqəmsallaşma istiqamətində vəziyyət arzu olunan səviyyədə deyil.

“Report” REAL TV-yə istinadən xəbər verir ki, bunu sahibkarlarla görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Əgər biz yerli kiçik və orta sahibkarlıq subyektlərin xarici tərəfdaşları ilə müqayisə etsək görərik ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə iqtisadi subyektlərin 90%-i KOB-lardır və onların ölkə iqtisadiyyatlkarında yaratdıqları dəyər təxminən 50% ətrafındadır. Bizdə isə KOB-ların iqtisadi subyektlərin 99,5%-ni təşkil etsə də, onların yaratdığı əlavə dəyərin payı 13.5%-dir. Bu isə 5 dəfəyə yaxın fərq deməkdir və yeganə bir izahı var. Bizim biznesin innovasiyalara yatırdıqları vəsait kifayət qədər deyil. Bunun müxtəlif səbəbləri ola bilər. Məlumatsızılıq, COVID-19-a qədər olan dönəmdə rəqabətin o səviyyədə olmaması, hansısa resursların yerində olmaması və s. Burada həm maliyyə, həm də insan resurslarını nəzərdə tuturam. Gəldiyimiz qənaət ondan ibarətdir ki, burada biz yeni bazar yaradan innovasiyalar, yeni şirkətlər görmək istəyiriksə bunun yolu həmin innovasiyalara yatırıla biləcək vsaitlərdən keçir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi