Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edib Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan şəhərində vətəndaşları qəbul edib.
İKT
11 Aprel , 2023 15:08
Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, qəbulda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri iştirak ediblər. Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin qanunvericiliyin tələblərinə uyğun və operativ araşdırılması barədə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb, müvafiq qurumlara göndəriləcək.

Son xəbərlər

Orphus sistemi