Azərbaycanda innovativ inkişafa nail olmaqda özəl sektorla yanaşı, dövlət sektoru da mühüm rol oynayır.
“Report” xəbər verir ki, bunu Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən II İllik İnnovasiya Sammitində nazir Rəşad Nəbiyev bildirib.
“Ölkə prezidentinin bu sahədə imzaladığı sərəncamlar Azərbaycanı innovativ ölkəyə çevirmək məqsədi daşıyır. Bu sahənin inkişafı üçün ixtiraların olması vacibdir. Hazırda belə təşəbbüslər 2% effektiv nəticə verir”, - o deyib.
"Təbii ki, innovasiyaların inkişafı üçün həm də genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik. Bu, 5 il əvvəllə müqayisədə 5 dəfə çoxdur. 2024-cü ilin sonuna qədər ölkəni tamamilə genişzolaqlı internetlə təmin etməyi qarşıya məqsəd qoymuşuq”, - nazir əlavə edib.