Azərbaycanda səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyev və rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkı"nı ziyarət edib.
Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı YTP-nin direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib. Tədbirdə Azərbaycandakı Huawei, CISCO, Oracle, Lenovo, BestComp Group kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.


