Özbəkistanlı nazir müavini: "İKT sahəsində birgə investisiya layihələrinə ehtiyac var"
- 10 oktyabr, 2024
- 08:48
İKT sahəsində region ölkələrinin birgə investisiya layihələri həyata keçirməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Olimjon Umarov "PAŞA Holding" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, hazırda informasiya texnologiyaları sahəsində regional əməkdaşlıq Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir: "Söhbət startaplar, rəqəmsal layihələrdən gedir. Bundan başqa, rəqəmsal sahə ilə bağlı maneələri də aradan qaldırmalıyıq".
O qeyd edib ki, bununla bağlı ölkələrin qanunvericilikləri təkmilləşdirməlidir: "Üstəlik, informasiya texnologiyaları sahəsində məlumat mübadiləsinin aparılacağı, təlimlərin keçiriləcəyi regional proqramlar olmalıdır".