Nazirlik startapçılara müraciət edib

Nazirlik startapçılara müraciət edib Ölkə gəncləri, startapçılar yeni elan edilən qrant müsabiqəsində iştirak dəvət olunur
İKT
17 Aprel , 2017 11:30
Nazirlik startapçılara müraciət edib
Report.az

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə gənclərini, startapçılarını yeni elan edilən qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edib.

"Report" xəbər verir ki, bunu nazirliyin nümayəndəsi Tahir Məmmədov bildirib.

"Məlum olduğu kimi, Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dəstək Dövlət Fondu tərəfindən yeni qrant müsabiqəsi elan edilib. İştirak etmək istəyənlər Fondun saytı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər. Gəncləri, innovativ ideyaları olan startapçıları dövlət fondu tərəfindən elan edilmiş bu müsabiqədə fəal iştirak etməyə dəvət edirəm. Öz layihələrini Azərbaycan dövlətinin dəstəyi ilə, yaradılmış mövcud imkanlardan istifadə etməklə reallaşdırsınlar", - deyə T.Məmmədov bildirib. 

Son xəbərlər

Orphus sistemi