Nazir müavini: "Ağıllı şəhər” və “Ağıllı kənd” üçün nüfuzlu xarici ekspertlər cəlb edilib"

Nazir müavini: "Ağıllı şəhər” və “Ağıllı kənd” üçün nüfuzlu xarici ekspertlər cəlb edilib" "Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına müxtəlif dövlət qurumlarının rəhbər və ekspertlərindən ibarət işçi qrup və alt işçi qruplar, eləcə də nüfuzlu xarici ekspertlər cəlb edilib".
İKT
27 Yanvar , 2022 11:05
Nazir müavini: Ağıllı şəhər” və “Ağıllı kənd” üçün nüfuzlu xarici ekspertlər cəlb edilib

"Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına müxtəlif dövlət qurumlarının rəhbər və ekspertlərindən ibarət işçi qrup və alt işçi qruplar, eləcə də nüfuzlu xarici ekspertlər cəlb edilib".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

"Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli sərəncamı ilə konsepsiyaların hazırlanmasına başlanıb. İşğaldan azad olunmuş ərazilərimiz onların əsasında qurulacaq. Düşmənin dağıtdığı yurdlarımızın bərpa prosesində dünyanın müasir çağırışlarına uyğun ən qabaqcıl texnologiyaların tətbiqi qaçılmaz zərurətdir. Dövlət başçısı yerli televiziya kanallarına son müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərini diqqətdə saxlayıb, insanların rahatlığını tam təmin edəcək şəkildə infrastruktur qurulmasının vacibliyini vurğulayıb. Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Sinqapur, Cənubi Koreya, Hindistan, BƏƏ və digər ölkələrin qabaqcıl təcrübəsi əsasında hazırlanan konsepsiyalara görə, "ağıllı məkan"lar vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, ictimai xidmətlərin texnoloji inkişafı və əlçatanlığının artırılması, dayanıqlı inkişafın təmin edilməsi, iqtisadi və innovativ inkişaf üçün şəraitin yaradılmasına xidmət etməlidir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi