Kanako Mabuçi: "Dünya əhalisinin internetə qoşulma qabiliyyəti hələ də qeyri-bərabərdir"

Kanako Mabuçi: "Dünya əhalisinin internetə qoşulma qabiliyyəti hələ də qeyri-bərabərdir" 2021-ci ilin göstəcilərinə görə dünya əhalisinin üçdə biri hələ də internetdən istifadə etmir.
İKT
10 İyun , 2024 11:57
Kanako Mabuçi: Dünya əhalisinin internetə qoşulma qabiliyyəti hələ də qeyri-bərabərdir

2021-ci ilin göstəcilərinə görə dünya əhalisinin üçdə biri hələ də internetdən istifadə etmir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi "Azercell Telecom" MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusundakı tədbirində deyib.

Onun sözlərinə görə, bu gün mobil texnologiyalar həssas təbəqələr üçün daha əlçatandır.

"Mobil internetdən hazırda ən yoxsul təbəqələrin 40 %-nin 47 %-i istifadə edir. Bu da 1,5 milyard nəfər insana bərabərdir. 2022-ci ilin sonuna kimi dünya əhalisinin 95 %-i mobil geniş zolaqlı internetə çıxış əldə edib. Yalnız 400 milyon insan belə əlaqəsiz qalıb. Müqayisə üçün 2015-ci ildə bu cür insanların sayı 1,5 milyard olub. Buna baxmayaraq, qoşulma qabiliyyəti hələ də qeyri-bərabər olaraq qalır. Bu baxımdan mənalı əlaqənin təmin edilməsi üçün biz işimizi şəbəkə infrastrukturunun quraşdırılmasından sonra da dayandırmamalıyıq. Cihazlar daha münasib və əlçatan olmalıdır ki, hər kəs bu imkanlardan istifadə edə bilsin",- deyə K. Mabuçi qeyd edib.

Son xəbərlər

Orphus sistemi