Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər.
"Report" xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə bildirib.
"Son 4-5 ildə radio stansiyaların sayı 2 dəfə artıb. Artıq 2 ədəd radio tezliyi tenderdədir. Əgər tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq", - o vurğulayıb.
İ. Səttarovun sözlərinə görə, hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır: "Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 17 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəndaşların bununla bağlı geniş seçim imkanları var".