İlin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

İlin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək Rəqəmsal İqtisadiyyat Strategiyasında dövlət, özəl tərəfdaşlığı nəzərdə tutulur
İKT
21 Sentyabr , 2023 13:15
İlin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

Bu ilin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyasının təsdiqlənməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) icraçı direktoru Fariz Cəfərov Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

Onun sözlərinə görə, Rəqəmsal İqtisadiyyat Strategiyasında dövlət, özəl tərəfdaşlığı nəzərdə tutulur: “Özəl sektorda 34-ə yaxın layihə, dövlət sektorunda isə 14 layihə, vətəndaş cəmiyyətini əhatə edən 21 layihə planlaşdırılır".

F. Cəfərov qeyd edib, strategiyada klaster konsepti ilə 15 sektor əsas götürülüb: “Turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı, qida və digər sektorlar, Qarabağ xüsusi olaraq nəzərə alınıb".

O bildirib ki, ölkədə olan hər bir nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirliklərin mövcud strategiyası ilə bu strategiyanın uzlaşdırılması istiqamətində iş aparılıb: “Təqribən 30-dan çox dövlət və özəl sektorlarla iş aparılıb".

Xatırladaq ki, Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutan 3 günlük konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları və özəl müəssisə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi