“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri bərpa olunub

“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri bərpa olunub “GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur.
İKT
11 Yanvar , 2022 12:30
“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri bərpa olunub

“GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur.

"Report" xəbər verir ki, “Qərbi Azərbaycanın yaddaşı” layihəsi Qərbi Azərbaycan İcması və "Sinam" şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə həyata keçirilib.

“Sinam” şirkətinin prezidenti Elçin Əliyev layihənin təqdimatında bildirib ki, Qərbi Azərbaycandakı tarixi adların bərpası tarixi ədaləti bərpa etməyə imkan verib.

Onun sözlərinə görə, rəqəmsal inkişaf dövründə tarixi silmək mümkün deyil. “Elektron platforma sayəsində bütün dünyaya həqiqi adları nümayiş etdirə bildik”.

O deyib ki, layihə çərçivəsində 1000-dən çox toponimin bərpa olunub: “Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər”.

E. Əliyev əlavə edib ki, bu, regionunun tarixi toponimləri haqqında həqiqətləri dünyaya çatdırmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi