“Facebook” “Instagram”ın uşaqlar üçün versiyasını yaradacaq

“Facebook” “Instagram”ın uşaqlar üçün versiyasını yaradacaq Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” xüsusi olaraq 13 yaşdan kiçik uşaqlar üçün foto paylaşma xidmətinin olacağı “Instagram” versiyasını hazırlayır
İKT
622
19 Mart , 2021 11:39
“Facebook” “Instagram”ın uşaqlar üçün versiyasını yaradacaq

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” xüsusi olaraq 13 yaşdan kiçik uşaqlar üçün foto paylaşma xidmətinin olacağı “Instagram” versiyasını hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin daxili məlumatlarına istinadən yazıb.

Agentlik bildirib ki, hazırda “Instagram” istifadəçilərdən azı 13 yaşında olmağı tələb edir və “Facebook” əlavə yaş seqmenti qazanmaq üçün bu addımı atacaq. “Yeni tətbiq barədə cümə axşamı elan edilib. Amma o, hələ istifadəyə verilməyib”, - “Bloomberg” duruma aydınlıq gətirir.

“Facebook” nümayəndəsi Co Osborn “Bloomberg”ə açıqlamasında yazılanları təsdiqləyərək yeni tətbiqin “Messenger Kids” tipli bir şey olacağını, 13 yaşa qədər olan uşaqların dostları ilə əlaqə qura biləcəyini söyləyib. Onun bildirdiyinə görə, nəzarət yenə valideyn tərəfində olacaq.

“Messenger Kids” “Facebook”un mesajlaşma tətbiqinin yeniyetmələr üçün olan versiyasıdır. Bu tətbiq bir sıra valideyn nəzarəti vasitəsi ehtiva edir, lakin qüsurları səbəbindən daha öncə bəzi uşaqların valideyn icazəsi olmadan müəyyən insanlarla ünsiyyət qurmasına imkan verirdi. Nəticədə bu olay uşaqların qeyri-kafi qorunması ilə bağlı tənzimləyicinin narahatlığına səbəb olub.

Son xəbərlər

Orphus sistemi