"Facebook", "Google" və rəqəmsal platformalar Azərbaycanda rəqabət predmeti hesab oluna bilər?

"Facebook", "Google" və rəqəmsal platformalar Azərbaycanda rəqabət predmeti hesab oluna bilər? Beynəlxalq təcrübədə belə bir tənzimləyici baxış var ki, "Facebook", "Google" və digər beynəlxalq rəqəmsal platformaların hər hansı ölkədə bir ofisi açılmasa, həmin şirkət bu ölkədə rəqabət siyasətinin subyekti hesab edilmir.
İKT
23 Fevral , 2023 15:13
Facebook, Google və rəqəmsal platformalar Azərbaycanda rəqabət predmeti hesab oluna bilər?

Beynəlxalq təcrübədə belə bir tənzimləyici baxış var ki, "Facebook", "Google" və digər beynəlxalq rəqəmsal platformaların hər hansı ölkədə bir ofisi açılmasa, həmin şirkət bu ölkədə rəqabət siyasətinin subyekti hesab edilmir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı deyib.

"Ona görə də qeyd etdiyim xarici mənşəli şirkətlər Azərbaycanda rəqabət orqanının rəqabət predmeti deyil. Amma ölkə daxilində bu şirkətlər tərəfindən hər hansı rəqabəti məhdudlaşdıran hal olarsa, qanunvericiliyə müvafiq qaydada Dövlət Xidmətinə müraciət edilir və onun mövcud olan hüquqi alətləri çərçivəsində işə baxıla bilər", - C.Süleymanlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi