Nəqliyyat, Rabit və yüksək Texnologiyalar Nazirliyinə (NRYT) məxsus “Bakı Telefon Rabitəsi” MMC Ələt Azad İqtisadi Zonasının yaradılması ilə əlaqədar movcud rabitə qurğularının köçürülməsi üçün fiber optic kabellərin çəkilişinə hazırlanmış layihə -smeta sənədlərinə uyğun görüləcək tikinti-quraşdırma işlərinə tələb olunan mal-materilalların (1), PVC boru və birləşdiricilərin (2), istismar işləri üçün istifadə olunacaq mal-materialların (3), tələb olunan Fiber optic, TPP kabelləri və birləşdiricilərin (4), eləcə də qum, sement, çınqıl və s. mal-materialların satınalınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderlərdə iştirak haqqı müvafiq olaraq 400 manat (lot-1), 1 000 manat (lot-2), 500 manat (lot-3), 500 manat (lot-4) və 250 manatdır (lot-5).
İddiaçılar ilkin sənədləri oktyabrın 9-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 19-u, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Tenderin nəticələri oktyabrın 20-də, saat 11:00-da portalda açıqlanacaq.