Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara maarifləndirici SMS-lər göndərir

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara maarifləndirici SMS-lər göndərir Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) mobil operatorlarla birgə vətəndaşlara maarifl
İKT
12 Sentyabr , 2023 16:17
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara maarifləndirici SMS-lər göndərir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Bildirilir ki, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır.

Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.

ETX gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi