Dünyaca məşhur robot Sophia Bakıya gəlir

Dünyaca məşhur robot Sophia Bakıya gəlir Bakı. 25 iyul. REPORT.AZ/ Bu il oktyabrın 27-28-də Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.
İKT
186
25 İyul , 2018 17:40
Dünyaca məşhur robot Sophia Bakıya gəlir
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Bu il oktyabrın 27-28-də Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.

Süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılmışdır. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. O həmçinin Səudi Ərəbistan vətəndaşı elan edilib.

Hanson Robotics tərəfindən hazırlanmış Sophianın oyanış videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=LguXfHKsa0c

Tədbirdə həmçinin Google, Microsoft, Forbes və İnstagram kimi dünyaca məşhur şirkətlərin top “influencer” menecerləri çıxış edəcək.

Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaqdır. Təşkilatçı şirkət olan FA International Trade Events-dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaq.

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/ ünvanından izləyə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi