Dunay Bədirxanov: "Peyklərimizin resurslarının 80 %-i tam istifadədədir"

Dunay Bədirxanov: "Peyklərimizin resurslarının 80 %-i tam istifadədədir" Bu gün orbitdə olan “Azerspace-1” və “Azerspace-2” peyklərinin resurslarının 80 %-i tam istifadədədir.
İKT
12 Aprel , 2024 11:30
Dunay Bədirxanov: Peyklərimizin resurslarının 80 %-i tam istifadədədir

Bu gün orbitdə olan “Azerspace-1” və “Azerspace-2” peyklərinin resurslarının 80 %-i tam istifadədədir.

Bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.

Onun sözlərinə görə, bu, dünya standartlarına uyğun olaraq çox yaxşı göstərici hesab edilir.

“Yeni operatorların bazara gəlməsi, xarici bazardan asılılığı azaltmaq üçün daha çox ölkənin öz peyklərini orbitə çıxarması, həmçinin qlobal səviyyədə xidmət göstərən iri peyk qruplaşmalarının artması bu bazarda rəqabəti artırdığı üçün gəlirlər əvvəllər olduğundan daha azdır. Bununla belə gəlirlərin bu il yaxşı səviyyədə olması üçün geniş fəaliyyətimizi davam etdiririk. Yeni bazarlar və imkanlar, yeni teleportlarla əməkdaşlıqlar üzərində çalışırıq”, - deyə o qeyd edib.

D. Bədirxanov vurğulayıb ki, Azərbaycan 3 peyk (“Azersky”, “Azerspace-1”, “Azerspace-2”) layihəsinə toplam olaraq 700 milyon manata yaxın investisiya yatırıb: "Eyni zamanda “Azərkosmos” fəaliyyətinin 11-ci ilində 621 milyon manat gəlir əldə edib.

Dunay Bədirxanovla müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.

Son xəbərlər

Orphus sistemi