Dövlət Xidməti: Ötən il 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumuna məruz qalıb

Dövlət Xidməti: Ötən il 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumuna məruz qalıb 2024-cü ildə Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.
İKT
7 Yanvar , 2025 10:45
Dövlət Xidməti: Ötən il 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumuna məruz qalıb

2024-cü ildə Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

Bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanı olub. Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası qeydiyyata alınıb. Belə ki, il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3 798 olub.

Dövlət Xidməti aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar atıb və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirib.

Son xəbərlər

Orphus sistemi