“Chrome”un Azərbaycandakı bazar payı azalıb

İKT
  • 12 fevral, 2024
  • 10:00
“Chrome”un Azərbaycandakı bazar payı azalıb

Bu ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,42 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, ilin əvvəlinə nisbətən 0,80 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,29 faiz bəndi azdır.

İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 0,14 faiz bəndi və 1,28 faiz bəndi artaraq 10,4 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı müvafiq olaraq 0,44 faiz bəndi azalaraq və 0,08 faiz bəndi artaraq 4,76 % təşkil edib.

Dördüncü yerdəki “Opera”nın bazar payı müvafiq olaraq 0,64 faiz bəndi artaraq və 0,90 faiz bəndi azalaraq 2,98 % olub.

İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 0,15 faiz bəndi və 0,06 faiz bəndi artaraq 1,34 %-ə çatıb.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 79,54 % (0,24 faiz bəndi və 0,27 faiz bəndi az)

“Opera” – 6,69 % (0,40 faiz bəndi çox və 2,57 faiz bəndi az)

“Edge” – 5,74 % (0,28 faiz bəndi az və 2 faiz bəndi çox)

“Safari” – 3,39 % (0,22 faiz bəndi az və 0,32 faiz bəndi çox)

“Firefox” – 2,01 % (0,10 faiz bəndi az və 0,05 faiz bəndi çox)

Mobil cihazlarda:

“Chrome” – 78,21 % (0,96 faiz bəndi və 0,05 faiz bəndi az)

“Safari” – 12,36 % (0,59 faiz bəndi və 0,15 faiz bəndi çox)

“Samsung Internet” – 6,23 % (0,30 faiz bəndi və 0,98 faiz bəndi az)

“Opera” – 1,9 % (0,54 faiz bəndi və 0,81 faiz bəndi çox)

“Yandex Browser” – 0,74 % (0,19 faiz bəndi və 0,58 faiz bəndi çox)

Planşetlərdə:

“Chrome” – 68,9 % (4,29 faiz bəndi və 4,97 faiz bəndi az)

“Safari” – 21,78 % (4,06 faiz bəndi və 9,53 faiz bəndi çox)

“Android” – 8,35 % (4,1 faiz bəndi və 4,6 faiz bəndi çox)

“Opera” – 0,52 % (3,45 faiz bəndi və 2,51 faiz bəndi az)

“Firefox” – 0,01 % (0,05 faiz bəndi və 6,76 faiz bəndi az).

44 filmi