Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub

Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub Böyük Britaniya parlamenti “TikTok”a hökumət cihazlarında və daxili şəbəkədə məhdudiyyət qoymaq qərarına gəlib.
İKT
23 Mart , 2023 20:21
Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub

Böyük Britaniya parlamenti “TikTok”a hökumət cihazlarında və daxili şəbəkədə məhdudiyyət qoymaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, qərar “parlament üçün əsas prioritet” olan informasiya təhlükəsizliyi səbəbi ilə qəbul edilib.

Parlamentdəki mənbə “The Guardian”a bildirib ki, sosial şəbəkədən istifadəni qadağan etmək qərarı “Böyük Britaniya hökuməti ilə müəyyən sosial şəbəkələr və proqramlar tərəfindən izləmə və məxfilik pozulmalarının potensial riskləri ilə bağlı müzakirələrdən sonra verilib”.

Böyük Britaniya hökuməti “TikTok”a qarşı sərt addımlar atan ilk ölkə deyil. Bundan əvvəl Şotlandiyada, Yeni Zelandiyada və ABŞ-nin bir sıra ştatlarında hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə qadağan edilib.

Son xəbərlər

Orphus sistemi