BP: "İşçilərimiz il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər"

BP: "İşçilərimiz il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər" "BP Azərbaycan" şirkətinin işçilərimiz il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər.
İKT
21 Sentyabr , 2022 11:08
BP: İşçilərimiz il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər
Bəxtiyar Aslanbəyli

"BP Azərbaycan" şirkətinin işçiləri il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın neft-qaz infrastrukturuna təhdidlar arasında kibertəhdidlər daha üst səviyyədədir: “Əgər onlayn müdaxilə yolu ilə təzyiq və yaxud temperatur artırılarsa, bu bəs edər ki, nəsə baş versin. Şirkət daxilində işçilər il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər. Bu test ümumi bala, bonus sisteminə və başqa məsələlərə təsir edir. BP-də əsas diqqət edilən məsələlərdən biri də "fishing mail"lərdir. İl ərzində kənardan şirkətə 600 "fishing mail" daxil olur. Həmçinin şirkətin daxilində işçilərin sayıqlığını yoxlamaq üçün onlara "fishing mail"lər göndərilir".

B.Aslanbəyli bildirib ki, enerji sektoru kiberhücumlara ən çox məruz qalan 3-cü sektordur: "Neft-qaz sektorunda proseslər kifayət qədər rəqəmsal müstəviyə keçib. Bu gün bizim platformalarımız qurudan tam şəkildə, effektiv idarə edilir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri də daxil olmaqla bizim kəmərlər sistemi qurudan və Səngəçal terminalından idarə olunur. Məsələn, boru kəmərinin hansı hissəsində nə qədər neftin olması, axın sürəti, kompressor stansiyalarındakı əməliyyatlar burdan Ceyhana qədər Səngəçal terminalındakı komanda otağından idarə olunur”.

Şirkət rəsmi qeyd edib ki, bütün bunların hamısı onların işini kifayət qədər asanlaşdırır, amma eyni zamanda kiber təhdidlərə yol açır: “Bu gün Azərbaycanın neft-qaz infrastrukturuna zərər vurmaq üçün fiziki xətər yetirməkdənsə kiberhücum vasitəsi ilə dediyim əməliyyat idarəetmə sistemlərinə müdaxilə edə, boru kəmərinə neft-qazı buraxa, sürəti və temperaturu artıra bilərsiniz və məsələ həll olunur. Bu, dediyim qədər rahat deyil, amma ən azından mümkündür. Mümkün olduğu üçün də həmin rəqəmsal vasitələrin tətbiq olunması eyni zamanda bizim sənayedə də ciddi kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini zəruri edir”.

B. Aslanbəyli vurğulayıb ki, bu sektor üçün HSE deyilən əməyin təhlükəsizliyi vacib məsələdir: “Azərbaycanda fəaliyyətimizin ilk illərində əfsanələr dolaşırdı ki, BP-də filan işlər görürlər və s. Həmin addımlar o dövrün düşüncəsi ilə maraqlı görünsə də, artıq bir sıra yerli şirkətlərdə həmin təhlükəsizlik qaydaları tətbiq olunur. Yəni, HSE mədəniyyəti bizim sektordan kənarda da uğurla tətbiq edilir. Bizim qarşımızda duran məsələ məhz kibertəhlükəsizliyi əməyin təhlükəsizliyi səviyyəsində tətbiq etməkdir".

Son xəbərlər

Orphus sistemi