“Bloomberg”: “OpenAI” “Chrome”u almaq istəyir

İKT
  • 23 aprel, 2025
  • 03:43
“Bloomberg”: “OpenAI” “Chrome”u almaq istəyir

“ChatGPT” tərtibatçısı “OpenAI” “Google”nin “Chrome” brauzerini almaqda maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

"Bəli, bir çoxları kimi biz də maraqlı olardıq", - agentlik “OpenAI”da “ChatGPT”yə cavabdeh olan Nik Tarlidən sitat gətirib.

Tarli qeyd edib ki, “ChatGPT” hazırda “Chrome” üçün əlçatandır, lakin “OpenAI” “Google”nin brauzerini alsaa, çatbot “Chrome”a daha dərindən inteqrasiya oluna bilər.