Beynəlxalq texnologiya nəhəngi Bakıda regional mərkəz yaradır

Beynəlxalq texnologiya nəhəngi Bakıda regional mərkəz yaradır Beynəlxalq “Lenovo” texnoloji şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək.
İKT
6 Dekabr , 2022 12:04
Beynəlxalq texnologiya nəhəngi Bakıda regional mərkəz yaradır

Beynəlxalq “Lenovo” texnoloji şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək.

"Report" xəbər verir ki, bunu “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqo rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə bildirib.

Eyni zamanda Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Bildirilib ki, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri və digər müasir texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Lenovo” 180-dən çox bazarda fəaliyyət göstərir.

Öz növbəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo” şirkətinin nümayəndələrinə hökumətin İT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması barədə məlumat verib. Nazir vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan İT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi