Baku TV-nin rəhbəri: "Çalışacağıq bundan sonra informasiya keyfiyyətini daha da artıraq"

Baku TV-nin rəhbəri: "Çalışacağıq bundan sonra informasiya keyfiyyətini daha da artıraq" “Baku TV” yayım portalı tərəfindən belə bir uğurun əldə edilməsi bizim üçün stimulverici haldır. Çalışacağıq ki, bundan sonra da informasiya keyfiyyətini daha da artıraq".
İKT
27 Dekabr , 2022 12:04
Baku TV-nin rəhbəri: Çalışacağıq bundan sonra informasiya keyfiyyətini daha da artıraq
Ramin Cəfərov

“Baku TV” yayım portalı tərəfindən belə bir uğurun əldə edilməsi bizim üçün stimulverici haldır. Çalışacağıq ki, bundan sonra da informasiya keyfiyyətini daha da artıraq".

"Report" xəbər verir ki, bunu Baku TV-nin rəhbəri Ramin Cəfərov “Global Media Group” MMC-yə ISO sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

O “Global Media Group” rəhbərliyinə yaradılan şərait üçün dərin təşəkkürlərini bildirib:

“Baku TV hər zaman televiziya məkanında öz üslubu ilə seçilib. Bundan sonra da siz daha maraqlı, fərqli Baku TV izəyəcəksiniz. Hər bir sahədə bizim komandamız sınaqlardan layiqincə keçir və keçməyə də hazırdır. Bizim komandamız peşəkarlardan ibarətdir və onların gücünə inanıram. Əməkdaşlarımız, kollektivimiz çox böyük olmasa da, mən onların potensialına, nəyə qadir olduqlarına şahidəm”.

Qeyd edək ki, “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi