Bakıda “Microsoft” İnnovasiya Forumu keçirilir
- 28 fevral, 2018
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 fevral. REPORT.AZ/ “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda “Microsoft” İnnovasiya Forumu keçirilir.
"Report" xəbər verir ki, forum ən müasir texnoloji yenilikləri əhatə edir və bir çox IT şirkətləri və startapları bir yerə toplayıb.
Həmçinin tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edirlər.
Bununla yanaşı, forumda gənc istedadlar arasında keçirilən “Microsoft Imagine Cup 2018” beynəlxalq texnoloji müsabiqənin milli turu haqqında da məlumat verilib.
Bundan başqa, tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud texnologiyalarının fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verib, “Windows” əsaslı cihazları, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən bu cihazların vahid sistem kimi işləmə imkanlarını nümayiş etdiriblər.
“Forum müasir texnoloji yenilikləri əhatə edəcək yeni layihədir. Forumda ən son məhsullarımız və bulud texnologiyalı xidmətlərimizi təqdim edib, “Microsoft”un təcrübəsi ilə bölüşəcəyik. Forumda Azərbaycanın gənc IT şirkətləri və xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.